reklam
Sportfm.az xəbər saytı

"Bakıda Formula 1 yarışları həyəcanlı olur" -Serxio Peres


"Adətən Bakıda Formula 1 yarışları həyəcanlı olur. Maks Ferstappenə görə çox məyusam. Əgər hər ikimiz mükafatçılar arasında olsaydıq, bu, daha yaxşı olardı".

Sportfm.az xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing Honda” komandasının pilotu Serxio Peres bildirib.

Meksikalı pilot deyib: “Hər halda bu gün bizim üçün möhtəşəmdir. Yürüş boyu “Mercedes”in pilotu Luis Hamilton bolidini uğurla idarə edirdi. Bizim pit-stop da çox sürətli idi. Təbi ki, bunu “Mercedes”ə də aid etmək lazımdır. Bütün yürüş boyu Luis Hamiltonun təzyiqini hiss etdirdim”.

Qeyd edək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan (1:44.703) başa vuraraq podyumda birinci pillənin sahibi olub.

İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi bilindi - Formula 1
Hamiltonun 100-cü qələbəsi - UĞUR
Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi oldu - Formula 1
Qran-Prinin birinci sərbəst yürüşü başa çatdı - Formula 1
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlumdur - Luis Hamilton

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər