reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin hazırlıq planı bilindi


"Neftçi"nin 2021/2022-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 8-dən 14-dək Bakıda baş tutacaq. Komanda tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.

Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşacaq.

Flaqman bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqqında daha sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

Oxşar xəbərlər

“Neftçi”nin yeni mövsümə hazırlıq planı bilindi
“Neftçi”nin qış hazırlıq planı məlum oldu - 3 yoxlama görüşü keçirəcək
“Neftçi”nin ikinci rəqibi müəyyənləşdi - Yoxlama oyunu
"Neftçi"nin hazırlıq planında dəyişiklik - 4 yox, 3 oyun
“Neftçi”nin qış hazırlıq planı müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər