Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kütləvi futbol mövzusunda seminar- FOTO
Sportfm.az xəbər verir ki, yanvarın 17-də AFFA-nın inzibati binasında "UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində Kütləvi Futbol mövzusunda növbəti seminar başlayıb.
Seminarda UEFA-nın Baş marketinq meneceri Noel Mooney və Kütləvi futbol üzrə mütəxəssislər Polly Fildes və James Houchen, AFFA-nın Texniki, Uşaq və Gənclər liqalarının təşkili, Qeydiyyat, Lisenziyalaşdırma, Beynəlxalq Əlaqələr, Könüllülük, Qadın liqalarının təşkili, Marketinq və Sponsorluq Departamentinin mütəxəssisləri və Grassroots koordinatoru iştirak edib.
"UEFA GROW” əməkdaşlıq proqramı artıq 26 ölkədə tətbiq edilir və Azərbaycan proqramın pilot şəkildə tətbiq edildiyi ilk 6 ölkədən biridir. Əməkdaşlıq proqramı çərçivəsində Kütləvi futbol, Digital, FRM və Kommersiya sahələrində UEFA-nın müütəxəssisləri və müxtəlif beynəlxalq agentliklər tərəfindən dəstək göstərilir.
Seminar bu gün yekunlaşacaq.
Oxşar xəbərlər
AFFA rəsmiləri UEFA seminarında
AFFA UEFA-nın dəstəyi ilə seminar keçirir
AFFA-nın əməkdaşları UEFA-nın seminarında
Elxan Məmmədov UEFA-ya təklif verdi
Yığmamızın sabiq qapıçısı Gürcüstana yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası