reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"ın ilk transferi -RƏSMİ


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" mövsümlərarası fasilədə ilk futbolçu keçidini gerçəkləşdirib.

Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əvvəllər də bu komandanın şərəfini qorumuş müdafiəçi Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalayıb.

23 yaşlı cinah oyunçusu "Sumqayıt"da 74 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, son klubu "Qəbələ" olan Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında "Sumqayıt"da oynayıb. Ümumilikdə 39 oyuna 4 qol vuran müdafiəçi "Zirə"nin (7 oyun) uğurları üçün də çalışıb. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

Oxşar xəbərlər

"Sumqayıt" sabiq futbolçusu rənglərinə qatdı - Müqavilə
"Sumqayıt"da növbəti transfer - 1 illik müqavilə
"Sumqayıt"da yeni qapıçı - RƏSMİ
"Sumqayıt" yeni transferini rəsmən açıqladı
"Sumqayıt" yeni transferini rəsmən açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər