"Arzuladığımız uğurları qazanacağıq” -"Sabah"ın yeni transferi
"Sabah"ın yeni transferi Səlahət Ağayev paytaxt klubuna keçidi barədə danışıb.
Sportfm.az xəbər verir ki, təcrübəli qapıçı klubun saytına açıqlamasında bunları deyib:
“Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır. Yeni yaranmasına baxmayaraq, “Sabah” ölkəmizin ən peşəkar və iddialı klublarından birinə çevrilməyi bacarıb. Klubun rəhbərliyi və baş məşqçisi tanıdığım və hörmət etdiyim insanlardır. Seçimimdə bu faktorun rolu daha böyük oldu.
Hansı komandada oynamağımdan asılı olmayaraq, həmişə ən yaxşı nəticələri qazanmağa çalışmışam. Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib, sonda arzuladığımız uğurları qazanacağıq”.
Qeyd edək ki, "Sabah" "Neftçi"dən ayrılan Səlahət Ağayevlə 1 illik müqavilə bağlayıb.
Oxşar xəbərlər
"Bura gəldiyimə görə xoşbəxtəm” - Almaniyalı futbolçu
"Neftçi"nin qapıçısı"Sabah"da - RƏSMİ RƏSMİ
""Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəm" - Yeni transfer
"“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim" - Jelko Sopiç
"Sabah"dan rəsmi transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası