Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Paralimpiyaçılarımızdan 19-cu lisenziya -Tokio-2020
Milli Paralimpiya Komitəsinin (MPK) pauerliftinqçisi Pərvin Məmmədov Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, 49 kq çəki dərəcəsində çxış edən idmançı bu uğura Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Kubokunda nail olub.
O, 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə bitirib. Həm Dünya Kubokunda, həm də reytinq xalları qazandıran öncəki yarışlarda yüksək nəticə əldə edən Məmmədov "Tokio-2020"də Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, bu, Milli Paralimpiya Komitəsinin idmançılarının 19-cu lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.
Oxşar xəbərlər
Paralimpiyaçılarımızdan 36-cı lisenziya - Tokio-2020
Paralimpiya komandamızdan rekord sayda lisenziya - Tokio-2020
Paralimpiyaçılarımızdan daha iki lisenziya - Tokio-2020
Daha 5 idmançımız lisenziya qazandı - Tokio-2020
Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası