reklam
Sportfm.az xəbər saytı

"Neftçi"də yeni futbolçu -VİDEO


"Neftçi" heyətinə yeni futbolçu qatıb.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi San-Tome və Prinsipi Demokratik Respublikasından olan yarımmüdafiəçi Harramiz Quita Ferreyra Soares ilə 2 il müddətinə müqavilə bağlayıb. 30 yaşlı futbolçu komandanın heyətində 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Harramiz Portuqaliyanın “O Elvas” (2009-2010), “Aljustrelense” (2010-2011), “Uniao Montemor” (2011-2013), “Benfika B” (2013-2014), “Farense” (2014-2016), “Kovilya” (2016-2017), “Akademika” (2017-2018), “Tondela” (2018), “Mafra” (2018-2019), “Leyşoynş” (2019-2020) və “Eştoril” (2021) klublarında çıxış edib. Son mövsüm 23 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. Harramiz 2015-ci ildən San-Tome və Prinsipimilli komandasında 15 oyun keçirib, 2 qola imza atıb.

Oxşar xəbərlər

"Neftçi" daha bir israilli oyunçu - TRANSFER
"Sabah"da serbiyalı hücumçu - Yeni transfer
Maçado "Neftçi"də - RƏSMİ
"Neftçi"nin növbəti transferi - VİDEO
“Neftçi”nin ilk transferi - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər