Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boksçumuzdan bürünc medal -Avropa çempionatı
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Sportfm.az xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın altıncı günündə Azərbaycan millisinin 1 idmançısı final uğrunda mübarizə aparıb.
Ardıcıl olaraq Uça Jorjolianiyə (Gürcüstan), Maqomed Şamsayevə (Rusiya) və David Gevorqyana (Almaniya) qalib gələn Ruslan Rüstəmov 1/2 finalda israilli Ahmad Ştivi ilə üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu uduzaraq, finala rəqib yüksəlib. Nəticədə Rüstəmov Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq.
Oxşar xəbərlər
Boksçularımız beynəlxalq turnirin finalında
2 boksçumuz bürünc medal qazandı - Avropa çempionatı
Maqsud Xasmetov 1/4 finalda – Avropa çempionatı
Boksçularımız 1/4 finalda - Avropa çempionatı
Azərbaycanlı boksçu erməniyə rəqib oldu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası