Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Konfrans Liqasında uğurlu çıxış edəcəyik" -İsmayıl İbrahimli
"Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli klubun saytına açıqlama verib.
Sportfm.az xəbər verir ki, o, hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:
"Məşqlərimiz 1 həftədən çoxdur ki başlayıb. Hazırlığımız gərgin və maraqlı keçir. Hər birimiz məşqlərə həvəs və məsuliyyətlə yanaşırıq. Yeni mövsümə çox istəkli hazırlaşırıq. Uzun müddətdir oyunlara çıxmırıq. Yoxlama görüşlərində fiziki vəziyyətimizi düzəltməyə çalışacağıq. Yeni mövsüm Premyer Liqada çempion olmaq üçün mübarizə aparacağıq. Konfrans Liqasında da artıq rəqibimiz məlumdur. İlk dəfə təşkil ediləcək turnir bizim üçün də maraqlıdır. Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik".
Oxşar xəbərlər
"Azarkeşlər bizim üçün çox önəmlidir" - Şahruddin Məhəmmədəliyev
"Qarabağ"ın futbolçusu: "Bu mövsüm hədəfimiz ölkə çempionu olmaqdır"
"Azərbaycanda çox xoşbəxtik" - Filip Ozobiç
"Əsas hədəfim daha yaxşı oynamaqdır" - Kevin Medina
“Qarabağ”a titullar qazanmağa gəlmişəm” - Kadi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası