Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Anatoli Nuriyev komandasını tərk etdi -Ayrılıq
"Minay”dan ayrılan millimizin üzvü Anatoli Nuriyev klubu ilə vidalaşıb.
Sportfm.az xəbər verir ki, Feysbuk səhifəsində paylaşım edən 25 yaşlı yarımmüdafiəçi Ukrayna təmsilçisinə təşəkkürünü bildirib:
"Mükəmməl və emosional üç il oldu. Klub prezidentinə, məşqçilərə, birlikdə oynadığım bütün futbolçulara, xüsusilə də, azarkeşlərə - hər kəsə təşəkkür edirəm. Sizsiz futbol maraqlı olmazdı. Mənə və komandamıza inanan hər kəsə minnətdaram. "Minay” ailəsinin bir üzvü olduğum üçün sevincliyəm”.
Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Nuriyev komandanın kapitanı idi. "Minay" 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edib.
Oxşar xəbərlər
Millinin üzvü “Sabah”da - Transfer
Millimizin oyunçusu Ukrayna klubunu tərk etdi
Millimizin üzvü rəmzi 11-likdə - Ukrana Premyer Liqası
Millimizin oyunçusu klubunu dəyişir - Ukraynada
Millimizin futbolçusu yeni müqavilə imzaladı - 1 illik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası