"Ulduzlar Liqası"ndan daha bir yenilik -Rəsmi səhifəsi olacaq
Azərbaycanda həvəskarlar arasında mini-futbol üzrə müxtəlif turnirlər keçirilir. Onların arasında ənənəvi olaraq 6-cı mövsümdür baş tutan "Ulduzlar Liqası"nın xüsusi yeri var. istər formatına, istərsə də, yüksək səviyyəli təşkilatçılığına görə digər yarışlardan fərqlənən bu liqada hər il fərqli yeniliklər tətbiq edilir. Altıncı dəfə oynanılan "Ulduzlar Liqası" bu mövsüm 2018/19-cu il turnirdə oynayan və avtoqəzada faciəvi şəkildə dünyasını dəyişən Ceyhun Haşımov xatirəsini əbədiləşdirmək üçün "Ceyhun Haşımov mövsümü" adlanır. Sportfm.az saytına yarışın mətbuat xidmətindən verilən məlumata görə, bu il liqada daha bir ilk yaşanacaq - belə ki, "Ulduzlar Liqası"nın təşkilat komitəsinin dünyanın ən məşhur sosial şəbəkələrindən olan "Facebook"a müraciəti müsbət cavablandırlıb. Belə ki, bundan sonra "Facebook"dakı "Ulduzlar Liqası"nın səhifəsi rəsmi hesab olaraq paylaşımlarına davam edəcək.
Qeyd edək ki, bu hazırda ölkəmizdə həvəskarlar arasında keçirilən mini-futbol turnirlərində bir ilkdir.
Oxşar xəbərlər
"Mini Ulduzlar Liqası" start götürür - Püşkatma baş tutdu
Ulduzlar Liqasının yarımfinal görüşlərinin hakimi məlum oldu - AFFA təsdiqlədi
Ulduzlar Liqasında yeni mövsümün püşkü atıldı, Tovuz təmsilçisi "Keşlə" ilə düşdü - FOTOLAR
“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır
Ulduzlar Liqasında VİP necə qalib gəldi? - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası