reklam
Bakıda vacib matç -
Sportfm.az xəbər saytı

Bakıda vacib matç -Çexiya Danimarkaya qarşı


Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq. 

Sportfm.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

Günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında olacaq. Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Skandinaviya təmsilçisi 1/8 finalda Uelsi, çexlər isə Niderlandı mübarizədən kənarlaşıb. 

Günün və mərhələsinin son qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı, Ukrayna isə İsveçi üstələyib.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Avropa çempionatı
1/4 final

20:00. Çexiya - Danimarka 

Baş hakim: Byorn Kuypers (Niderland) 

Bakı. Bakı Olimpiya Stadionu

23:00. Ukrayna - İngiltərə 

Baş hakim: Feliks Brix (Almaniya) 

Roma. "Olimpiko" stadionu

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq. Daha əvvəl Bakı A qrupunun 3 oyunu da keçirilib. 

Oxşar xəbərlər

Bu gün qalibi müəyyənləşəcək - AVRO-2020
Danimarka yarımfinalda - AVRO-2020
Bu gün Bakıda son oyun - AVRO-2020
1/4 final mərhələsinin oyunları başlayır - AVRO-2020
Avropa Liqası: Yarımfinal mərhələsi start götürür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər