reklam
Daha bir referimiz beynəlxalq dərəcə aldı -
Sportfm.az xəbər saytı

Daha bir referimiz beynəlxalq dərəcə aldı -Uğur


Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.
Sportfm.az xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.
Nəticədə Azərbaycanın ədalət təmsilçisi Akif Tahirov beynəlxaq dərəcəli hakim adına layiq görülüb. Referi seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıb.
Namizədlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.
Hakimimiz Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.

Oxşar xəbərlər

Ülvi Əliyev “B” kateqoriyalı hakim oldu
Azərbaycanlı hakim “A” kateqoriyası aldı
Azərbaycan nümayəndəsi ən yüksək hakimlik dərəcəsini qazandı
Azərbaycanlı hakimlər beynəlxalq yarışları idarə etdi
Ədalət təmsilçilərimiz beynəlxalq dərəcəli hakim adına layiq görüldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər