reklam
AFFA klublara defibrilyator cihazı verdi
Sportfm.az xəbər saytı

AFFA klublara defibrilyator cihazı verdi


Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyununda zərurət yaranacağı təqdirdə istifadə olunmaq üçün alınmış defibrilyator cihazları AFFA tərəfindən “AVRO-2020-nin irsi proqramı” çərçivəsində təmənnasız olaraq bu mövsüm avrokuboklarda çıxış edən “Neftçi”, “Qarabağ”, “Keşlə” və “Sumqayıt” klublarına verilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən digər 4 kluba isə qeyd olunan cihazlar 2021/2022-ci il mövsümünün startı ərəfəsində təqdim olunacaq.

Xatırladaq ki, iyunun 12-də, 16-da və 20-də AVRO-2020-nin A qrupunun 3 oyunu, iyulun 3-də isə 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.

Oxşar xəbərlər

Rusiya saytı BOS-un şəkillərini paylaşdı - FOTO
AFFA Avropa Çempionatı ilə bağlı razılıq verdi
AFFA UEFA-ya təsdiq göndərdi - AVRO-2020 ilə bağlı
Elxan Məmmədov SOCAR-ın nümayəndəsini salamladı - FOTO
Avropa çempionatının talismanı Amsterdamda təqdim olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər