Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə"dən rəsmi transfer
Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən "Zirə” transfer çalışmalarını da davam etdirir.
Sportfm.az xəbər verir ki, bu gün bakılıların sırasına daha bir futbolçu qoşulub. Belə ki, komanda nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün "Zirə”də ilk məşqinə çıxacaq. Karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının formasını geyinib. Yığmada 6 matçda iştirak edən 27 yaşlı sağ cinah oyunçusunun son klubu "Alanyaspor" olub.
Qeyd edək ki, bu, "Zirə”nin qış fasiləsində ikinci transferi olub. Komanda buna qədər "Qəbələ”dən müdafiəçi Sadiq Quliyevi heyətinə cəlb etmişdi.
Oxşar xəbərlər
“Sumqayıt”da yeni müdafiəçi - TRANSFER
"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi
"Zirə" sadiq futbolçusunu geri qaytardı
“Zirə”dən beşinci rəsmi transfer
"Zirə"dən rəsmi transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası