reklam
Sportfm.az xəbər saytı

""Neftçi" "Dinamo"dan güclü deyil" -Tsxadadze


"Çoxdandır Bakıda olmamışam. Azərbaycanda uzun illər ərzində çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir"

Sportfm.az xəbər verir ki, bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun baş məşqçisi Kaxaber Tsxadadze Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, sabah maraqlı oyun olacaq: "Hər biriniz matçdan həzz alacaqsınız. Sabah hər iki tərəfi daha çətin oyun gözləyir. Çünki komandalar bir-birinin zəif tərəflərini gördülər".

Gürcüstanlı baş məşqçi Bakını bu dəfə daha böyük və gözəl gördüyünü söyləyib: "Əvvəl də dediyim ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir".

Tsxadadzenin sözlərinə görə, "Neftçi" "Dinamo"dan güclü deyil: "Qapıya 8 zərbəmiz oldu və bunların yeddisini rəqib qaöpıçı saxladı. İki kobud səhvimiz oldu ki, bu da nəticəyə təsir etdi. Artıq belə səhvlər etməyəcəyik. Çünki rəqibi daha yaxşı tanıyırıq".

Mütəxəssis səfər qolu qaydasının ləğini problem saymadıqlarını söyləyib: "Qələbəyə ümidimiz böyükdür. Sabah meydana bunun üçün çıxacağıq. Biz "Neftçi"nin zəif olduğunu demirik. Heyətində çox güclü futbolçular var. Sadəcə, ilk oyundakı məğlubiyyət rəqibin gücünün deyil, öz səhvlərimizin nəticəsidir".

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər

"Bizi gərgin və maraqlı görüş gözləyir" - Samir Abasov
""Çempionlar Liqasının qrupu bizim üçün röyadır" - Samir Abasov
"Onları çox yaxşı tanıyıram" - Kaxaber Tsxadadze
"Bizi doğrudan da çox ağır oyun gözləyir" - Samir Abasov
"Neftçi" "Dinamo" ilə eyni futbol markasıdır" - Kaxaber Sxadadze

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər