Emreli yenə fərqlənəcəkmi? -"Legiya" meydana çıxır
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin son 4 oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, günün ilk matçında Qazaxıstanın “Kayrat” və İsrailin "Makkabi" (Hayfa) klubları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
İlk oyunda Gürcüstanda Tbilisi "Dinamo"suna 2:1 hesabı ilə qalib gələn "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da qəbul edəcək. Oyun saat 21:00-da başlayacaq.
Bu iki cütdən məğlub ayrılan komandalar UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bir-biriləri ilə üz-üzə gələcəklər.
Azərbaycan azarkeşlərini yaxından maraqlandıran digər qarşılaşma isə Polşada keçiriləcək. Millinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma azarkeşləri önündə Norveçin "Bodo Qlimt" komandasını sınağa çəkəcək. Varşava təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatan ilk matçda Emreli dubl edib.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
18:00. “Kayrat” (Qazaxıstan) - "Makkabi" (Hayfa, İsrail) - 0:0 (BİRİNCİ HİSSƏ)
İlk oyun - 1:1
19:00. "Alaşkert" (Ermənistan) - "Konnas-Ki Nomads" (Uels)
İlk oyun - 2:2
21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan)
İlk oyun - 2:1
22:00. "Legiya" (Polşa) - "Bodo Qlimt" (Norveç)
İlk oyun - 3:2
Oxşar xəbərlər
I təsnifat mərhələsinə yekun vurulacaq - Çempionlar Liqası
I təsnifat mərhələsinin 9 oyunu keçirildi - Çempionlar Liqası
"Neftçi" "Dinamo"nun qonağı olacaq - Çempionlar Liqası
I təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
"Neftçi"nin rəqibi bəlli olacaq - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası