reklam
Aronyan texniki məğlubiyyət aldı -
Sportfm.az xəbər saytı

Aronyan texniki məğlubiyyət aldı -Koronavirusa görə


Ermənistan şahmatçısı Levon Aronyan Rusiyanın Soçi şəhərində keçirilən Dünya Kuboku ilə erkən vidalaşa bilər.

Sportfm.az xəbər verir ki, 39 yaşlı qrossmeysterdə koronavirusun simptomları aşkarlanıb. Bu səbəbdən, Aronyan ABŞ təmsilçisi Bobbi Çenqlə ikinci turun ilk görüşünə çıxa bilməyib. Nəticədə Aronyana texniki məğlubiyyət verilib.

Qeyd edək ki, iyulun 10-da start götürən Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılıb.

Oxşar xəbərlər

Erməni şahmatçı təxribatçı paylaşım etdi
Şahmatçılarımız Aronyana qarşı - AFİŞA Çempionlar Turu
Levon Aronyan Ermənistandan imtina etdi - Şahmata diqqət yoxdur
Rəcəbov Aronyana qalib gəldi
Şəhriyar erməni şahmatçı ilə mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər