reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Bakıda davam edəcək -Toplanış


“Qəbələ” yeni mövsümün hazırlıqlarının birinci mərhələsini başa vurub.

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” iyulun 5-də start götürən Qəbələ təlim-məşq toplanışını yekunlaşdırıb.

Qəbələ şəhər stadionunda baş tutan səhər məşqindən sonra komanda üzvləri Bakıya yollanıb. Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv iyulun 21-nə qədər paytaxtda hazırlıq keçəcək. Toplanış müddətində iki yoxlama oyunu baş tutacaq.

Komanda bu gün “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Zirə Olimpiya Kompleksində keçiriləcək matç saat 19:00-da başlayacaq. “Qəbələ” ikinci yoxlama oyununda iyulun 21-də “Səbail”lə qarşılaşacaq.

 

Oxşar xəbərlər

“Qəbələ” – “Zirə” matçının yeri və vaxtı dəyişdirildi - Yoxlama oyunu
"Zirə" "Qəbələ"yə qarşı - Yoxlama oyunu
"Qəbələ" "Zirə” və “Səbail”lə qarşılaşacaq - Yoldaşlıq görüşü
"Qəbələ"nin rəqibinin adı məlum deyil
"Qəbələ" Gəncə klubu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər