reklam
İtaliya klubuna ağır cəza -
Sportfm.az xəbər saytı

İtaliya klubuna ağır cəza -FİFA


FIFA-nın İntizam Komissiyası İtaliyanın "Spetsiya" klubuna ağır cəza verib.

Sportfm.az xəbər verir ki, A Seriyasında çıxış edən komandaya transfer qadağası qoyulub. Spetsiya şəhərinin eyniadlı təmsilçisi qarşıdakı 4 transfer pəncərəsi dövründə heyətinə yeni futbolçu qata bilməyəcək.

Bundan başqa, klub 500 000 avro məbləğində cərimələnib.

FIFA "Spetsiya"nı 18 yaşadək futbolçuların beynəlxalq transfer və qeydiyyat qaydalarını pozduğu üçün cəzalandırıb.

Qeyd edək ki, komanda ötən mövsüm A Seriyasını 15-ci pillədə başa vurub.

Oxşar xəbərlər

Türkiyə klubuna ağır cəza - Qadağa
FİFA "Bursaspor"u cəzalandırdı - Namikə görə
Fransa klublarına transfer qadağası - Qaydaları pozdular
Türkiyə klubuna transfer qadağası
"Çelsi" klubuna transfer qadağası qoyuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər