reklam
Millinin məşqçisi
Sportfm.az xəbər saytı

Millinin məşqçisi "Qəbələ"də -Təyinat


"Qəbələ"də yeni məşqçi təyinatı gerçəkləşib.

Sportfm.az xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.

Qeyd edək ki, Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.

Oxşar xəbərlər

"Qəbələ"nin futbolçusu 100-ə çatdı - Misli Premyer Liqası
"Qəbələ" 2 futbolçusunu göndərdi - Ayrılıq
"Qəbələ"də yeni məşqçi - Dəyişiklik
"Qəbələ" seneqallı futbolçu ilə müqavilə imzaladı - FOTO
Quliyevi Baxşıyev əvəz edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər