Cüdoçumuzlarımız yarımfinalda -Avropa kuboku
Praqada gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.
Sportfm.az xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə 1/32 finalda Sloveniya təmsilçisi Luka Densanı məğlub edib. Növbəti mərhələdə çexiyalı Voyteç Kubalaya qalib gələn cüdoçumuz səkkizdəbir finalda macarıstanlı Bense Farkasa qalib gəlib. Dörddəbir finalda erməni Yervand Nersesyanı məğlubiyyətə uğradan Q.Vəlizadə yarımfinalda Marton Andrasi (Macarıstan) ilə qarşılaşacaq.
Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Quluzadə də yarımfinala vəsiqə qazanıb. O, yarımfinala gedən yolda macarıstanlı Balint Qompası, qazaxıstanlı Dinmuxanbet Şamenovu və Almaniya təmsilçisi Levi Maerkti məğlub edib. R.Quluzadə yarımfinalda qazaxıstanlı Marlen Adillə görüşəcək.
Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Cavid Piriyev onaltıdabir final mərhələsində italiyalı Rokko Terranovana qalib gəlib. Səkkizdəbir finalda Ermənistan təmsilçisi Yuri İsraelyan ilə üz-üzə gələn cüdoçumuz rəqibinə ipponla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə gürcü Giorgi Sardalaşviliyə uduzan idmançımız təsəlliverici görüşdə bürünc medal uğrunda mubarizə aparacaq.
Qadın idmançılarımızdan isə 78 kiloqramdan artıq çəki dərəcəsində çıxış edən Nərmin Əmirli ilk görüşdə rumıniyalı Corcina Milerə məğlub olub. Qadın təmsilçimiz təsəlliverici görüşdə çexiyalı Marketa Cerçlova ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Dünya çempionatı
Cüdoçularımızdan uğursuz start - Böyük Dəbilqə
Güləşçilərimiz Avropa çempionu oldu - FOTO
Güləşçilərimiz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
3 azərbaycanlı İspaniyada medal üçün döşəyə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası