reklam
Almaniya millisi irqçiliyə məruz qaldı -
Sportfm.az xəbər saytı

Almaniya millisi irqçiliyə məruz qaldı -Oyun yarıda qaldı


Bu gün Almaniya və Hondurasın olimpiya yığma komandaları (U-23) arasında keçirilən yoxlama oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, Yaponiyanın Vakayama şəhərində təşkil olunmuş bu qarşılaşma yarımçıq dayandırılıb və Almaniya millisinin bütün üzvləri meydanı tərk edib.

Belə ki, matçın 85-ci dəqiqəsində – hesab 1:1 olarkən Almaniya millisi meydanı tərk edib. Buna yığmanın müdafiəçisi Cordan Torunariqanın rəqib futbolçu tərəfindən irqçiliyə məruz qalması səbəb olub. 

Qeyd edək ki, Tokio-2020 Olimpiadasında Almaniya D qrupunda Braziliya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı milli komandaları ilə mübarizə aparacaq. Honduras isə B qrupunda Cənubi Koreya, Yeni Zelandiya və Rumıniya yığmaları ilə oynayacaq. Olimpidada futbol oyunları iyulun 22-dən başlayacaq.

Oxşar xəbərlər

Fransa və İspaniyadan qələbə - Tokio-2020
Futbol yarışlarının püşkü atıldı - Tokio-2020
Tokio-2020-də iştirak edəcək bütün futbol komandaları - SİYAHI SİYAHI
Tokio-2020-yə vəsiqə qazanan milli komandalar - SİYAHI
DÇ-2018: Almaniya qrupda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər