reklam
Dördqat olimpiya çempionu oldu -
Sportfm.az xəbər saytı

Dördqat olimpiya çempionu oldu -Rekord


Kubalı yunan-Roma güləşçisi Mixain Lopes dördqat olimpiya çempionu adını qazanıb. 

Sportfm.az xəbər verir ki, 39 yaşlı pəhləvan Tokio-2020 Yay Olimpiya Oyunlarında 130 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

O, finalda Gürcüstan təmsilçisi Yakob Kacayaya qalib gəlib - 5:0. Bürünc medalları isə rusiyalı Sergey Semyonov və türkiyəli Rıza Kayaalp əldə edib. 

Qeyd edək ki, Mixain Lopes daha əvvəl Pekin-2008, London-2012 və Rio-2016 olimpiadalarında da qızıl medala yiyələnib. O, tarixdə ilk dəfə yunan-Roma güləşi üzrə dördqat olimpiya çempionu olub. Lopesdən əvvəl ən titullu "klassik" güləşçi rusiyalı Aleksandr Karelin idi. Karelinin aktivində olimpiadalarda 3 qızıl və 1 gümüş medal var. 

 

Oxşar xəbərlər

Daha iki güləşçimiz Avropa çempionu oldu
Rıza Kayaalp 11 qat Avropa çempionu oldu - UĞUR
Məşhur idmançımız YAP İdarə Heyətinin üzvü oldu
Güləşçimiz olimpiadaya lisenziya qazandı
Maykl Felpsdən 21-ci qızıl medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər