reklam
Dəqiqləşdi - Namik gedir, bileti alındı
Sportfm.az xəbər saytı

Dəqiqləşdi - Namik gedir, bileti alındı


"Neftçi"nin futbolçusu Namik Ələskərovun Türkiyənin "Buraspor" klubuna keçidi ilə bağlı problem həllini tapıb.

Sportfm.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi üçün tələb olunan 50 000 avro təzminat artıq Bakı klubunun hesabına köçürülüb. Hətta sözügedən məbləği oyunçunun özünün ödədiyi bildirilib.

İddiaya görə, I liqa təmsilçisi Ələskərovu Bursaya dəvət edib və onun üçün təyyarə bileti göndərib.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

 

Oxşar xəbərlər

Namik Ələskərov daha bir klubun maraq dairəsində
Superliqa klubu Namik Ələskərovu istəyir
“Neftçi”də 2021-ci ildə ən çox qol vuran futbolçu
Namik Ələskərovun debüt edəcəyi vaxt bilindi - Sifariş olundu
"Bursaspor" Namik Ələskərovu sifariş edə bilmir - Problem çözülməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər