Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Təsəllimiz bu olsun -Cüdoçularımızın uğuru
Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, nüfuzlu yarışın ilk günündə Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olub. Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli idmançı Samvel Mxitaryanı məğlub edib. Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Daha iki cüdoçu - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medalla kifayətlənib.
Qeyd edək ki, 37 ölkənin qatıldığı Avropa çempionatında Azərbaycanı 14 cüdoçu (10 oğlan, 4 qız) təmsil edir.
Oxşar xəbərlər
Qızıl medal qazanan cüdoçularımız Vətənə döndü - Uğur
Cüdoçularımız Avropa birinciliyində iştirak edəcək - SİYAHI
Azərbaycan cüdoçuları 4 medal qazandı - Avropa kuboku
Cüdo millimizin heyəti - Avropa kuboku
Cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası