reklam
Sportfm.az xəbər saytı

"Neftçi" İsrailə çatdı -FOTO


"Neftçi" "Makkabi" ilə oyun üçün getdiyi İsrailə çatıb.

Sportfm.az saytının İsrailə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ben Qurion hava limanında "Neftçi"ni "Makkabi" rəsmiləri qarşılayıb. Artıq komanda Tel-Əvivdən avtobusla oyunun keçiriləcəyi Hayfa şəhərinə yola düşüb.

Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” (Hayfa) – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və futbolçu Harramiz Suaresin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 25-i Bakı vaxtı ilə saat 20:30-dan etibarən “Sammi Ofer” stadionunun mətbuat zalında keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

 

 

Oxşar xəbərlər

"Neftçi" "Sammi Ofer" stadionunda məşqə çıxdı - FOTO
“Neftçi” İsrailə yollandı - Konfrans Liqası
Samir Abasov və Harramiz Suares - Mətbuat konfransı
"Neftçi" - "Dinamo" - Mətbuat konfranslarının vaxtı
“Arsenal” – “Neftçi” matçının mətbuat konfranslarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər