reklam
Ronaldo Azərbaycana gəlir -
Sportfm.az xəbər saytı

Ronaldo Azərbaycana gəlir -DÇ-2022


Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlar, həmçinin Qətərlə yoldaşlıq matçı üçün heyəti bəlli olub.

Sportfm.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş siyahıya 25 oyunçu daxil edib.

Onların arasında İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldo da var.

Qapıçılar: Antoni Lopeş ("Lion", Fransa), Ruy Patrisiu ("Roma", İtaliya), Dioqu Koşta ("Portu")

Müdafiəçilər: Juan Kanselu ("Mançester Siti", İngiltərə) Rikardu Pereyra ("Lester", İngiltərə), Qonsalu İnasiu, ("Sportinq"), Dominquş Duarte ("Qranada", İspaniya), Pepe ("Portu"), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Rafael Gerreyru ("Borussiya" Dortmund, Almaniya), Nunu Mendeş ("Sportinq")

Yarımmüdafiəçilər: Danilu Pereyra (PSJ, Fransa), Juan Palinya ("Sportinq"), Ruben Neviş, Joau Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Juan Mariu ("Benfika), Otaviu Menteiro ("Portu) Bernardu Silva ("Mançester Siti", İngiltərə)

Hücumçular: Andre Silva ("Leyptsiq", Almaniya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya), Dioqu Jota ("Liverpul", İngiltərə), Qonsalu Gedeş ("Valensiya", İspaniya), Pedru Qonçalveş ("Sportinq), Rafa Silva ("Benfika")

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Portuqaliya millisinin heyəti - AVRO-2024
Ronaldosuz Dünya Çempionatı olmayacaq
Portuqaliyanın heyəti açıqlandı - Millimizlə oyun üçün
Futbolun məşhur simalarından xəstəxanaya 150 min maska
Portuqaliya millisi də heyətini açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər