reklam
Transfer pəncərəsinin müddəti uzadıldı -
Sportfm.az xəbər saytı

Transfer pəncərəsinin müddəti uzadıldı -Yüksək Liqa


Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün “transfer pəncərəsi”nin müddəti uzadılıb.

Sportfm.az xəbər verir ki, iyulun 5-də açılan dövr oktyabrın 10-dək davam edəcək.

Azərbaycan çempionatının iştirakçıları oyunçuların transferini və qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, daha 18 gün müddətində həyata keçirə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə  bilərlər.

Oxşar xəbərlər

Transfer pəncərəsinin vaxtı uzadıldı - Azərbaycan çempionatlarında
Azərbaycanda "Yay transfer pəncərəsi" açıldı
Yay transfer pəncərəsinin vaxtı bilindi - Yüksək Liqa
Yeni mövsümün başlanma tarixi açıqlandı - Yüksək Liqa
Premyer Liqada transfer pəncərəsinin müddəti uzadıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər