Ronaldo karantində -5 gün
Sentyabrın 3-də İngiltərəyə gedən "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldo 5 gün karantində qalacaq.
Sportfm.az xəbər verir ki, "qırmızı şeytanlar" 36 yaşlı hücumçu üçün karantinin ləğv edilməsi ilə bağlı yerli hökumətə müraciət edib, lakin müsbət cavab almayıb.
Portuqaliyalı oyunçu koronavirus testi mənfi çıxdıqdan 5 gün sonra komanda ilə məşqlərə başlaya biləcək.
Qeyd edək ki, Ronaldo sentyabrın 1-də Portuqaliya yığmasının heyətində İrlandiyaya qarşı DÇ-2022-nin seçmə oyununda iştirak edib. O, 2:1 hesabı ilə qalib gəldikləri qarşılşamada cəzalı duruma düşdüyü üçün sentyabrın 7-də Azərbaycan millisi ilə matçı buraxacaq.
Xatırladaq ki, təcrübəli forvard "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"da çıxış edib.
Oxşar xəbərlər
Ronaldo üçün məhkəməyə müraciət edəcəklər
Ronaldo və Messi eyni klubda - Xəyal
Ronaldo “Ginnesin rekordlar kitabı”na düşdü - Azərbaycanlı oyunçunu keçdi
"Mançester Yunayted" Ronaldo ilə müqavilə imzaladı - RƏSMİ
"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası