reklam
De Byazinin mətbuat konfransı keçiriləcək -
Sportfm.az xəbər saytı

De Byazinin mətbuat konfransı keçiriləcək -DÇ-2022


DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, sentyabrın 6-da saat 17:15-də Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santosun mətbuat konfransı başlayacaq. Saat 18:00-da isə Portuqaliya millisinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə start veriləcək.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 18:45-da jurnalistlər önünə çıxacaq. Saat 19:15-də də millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.

Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan - Lüksemburq - Açıq məşq və mətbuat konfransı
Açıq məşq və mətbuat konfransı - Azərbaycan - Portuqaliya
Azərbaycan - Serbiya - Açıq məşq və mətbuat konfransı
Yurçeviçin mətbuat konfransı keçiriləcək
Millimizin mətbuat konfransının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər