reklam
Yeni nazir Azərbaycan - Portuqaliya matçı haqqında danışdı -
Sportfm.az xəbər saytı

Yeni nazir Azərbaycan - Portuqaliya matçı haqqında danışdı -"Çox təəssüf ki, komandamız məğlub oldu"


Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyində kollektivə təqdim olunub.

Sportfm.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak ediblər.

Fərid Qayıbov tədbirdə Azərbaycan futbolunun hazırkı durumu ilə bağlı fikirlərini bildirib:

“Milli komandamızın Portuqaliya ilə oyununu stadiondan izlədim. Çox təəssüf ki, komandamız məğlub oldu. Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.

Oxşar xəbərlər

Nazir idman komplekslərinin rəhbərləri ilə görüşdü
Nazir federasiya rəsmiləri ilə görüşdü - FOTO
Gənclər və İdman Nazirliyində yeni təyinatlar - SİYAHI
Yeni gənclər və idman naziri məlum oldu - RƏSMİ
İlin idman yekunları müzakirə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər