reklam
Bakıda voleybol üzrə daha bir seminar
Sportfm.az xəbər saytı

Bakıda voleybol üzrə daha bir seminar


Azərbaycanda ilk dəfə voleybol üzrə orta məktəb bədən tərbiyəsi müəllimlərinin  seminarı keçirilir. 
Sportfm.az xəbər verir ki, 30-a yaxın məşqçi və müəllimlərin iştirak etdiyi seminarı  Avropa Voleybol Konfederasiyasının "CEV inkişaf mərkəzi”nin meneceri Vuk Karanoviç və məşqçi instruktor Papa Georgeous keçirir. 
Seminar 30 yanvar tarixində sona çatacaq və seminar rəhbərləri Azərbaycanda "2017 Voleybol Avropa Çempionatının” keçiriləcəyi ən gözəl şəhərlərimizdən biri olan Göygölə yola düşəcək. 
Seminar 4 müxtəlif mərhələlərdən ibaraətdir. Sonuncu mərhələ sentyabr ayında keçiriləcək Avropa Çempionatından öncə olacaq. 
Vuk  Karanoviç və Papa Georgeous seminarla bağlı fikirlərini bildirib. İlk olaraq Azərbaycan Voleybol Federasiyasına təşəkkür edən rəsmilər, voleybolun Azərbaycanda populyar idman növü olduğunu vurğulayıb. Onlar 8-10 yaşlı oğlan və qızlara voleybolu necə sevdirməkdən də danışıb. 
Qeyd edək ki, seminar iştirakçılarına sonda sertifikat təqdim ediləcək. 

Oxşar xəbərlər

Voleybol məşqçiləri üçün seminar keçirildi
Bakıda məşqçilər üçün növbəti beynəlxalq seminar
Elnur Məmmədov daha bir plan hazırladı
Voleybol üzrə seminar sona çatdı
Onat Kurt Bakıda seminar keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər