reklam
Böyük itki -
Sportfm.az xəbər saytı

Böyük itki -127 milyon ABŞ dolları


İngiltərənin "Mançester Yunayted" klubunun 2020-ci ildəki maliyyə itkiləri açıqlanıb.

Sportfm.az xəbər verir ki, xəbər verir ki, "qırmızı şeytanlar" ötən ili 92,2 milyon funt sterlinq (127 milyon ABŞ dolları) məbləğində itki ilə başa vurub.

Qeyd olunur ki, itkilərin əsas səbəbi koronavirus pandemiyasıdır. Pandemiya ilə əlaqədar məhdudiyyətlər səbəbindən bilet və oyun günlərində klub atributlarının satışı, həmçinin kommersiya mənfəəti əhəmiyyətli dərəcədə azalıb.

"Mançester Yunayted"in icraçı direktoru Ed Vudvord 2020-ci ili klub tarixinin ən çətin dövrlərindən biri adlandırıb.

İyunun 30-da başa çatan maliyyə ili üçün klubun ümumi gəlirləri 2,9% azalaraq 681 milyon ABŞ dollarına enib.

Oxşar xəbərlər

Bir klub üçün 4 milyard funt sterlinq
London klubunun başı bəlada
Klub 175 milyonluq borca girdi
“Mançester Yunayted” kredit götürdü - Futbolçu alacaq
"Mançester Yunayted"in son maliyyə ili üçün rekord gəliri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər