Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Emreli "Legiya"da növbəti qolunu vurdu -Polşa çempionatı
Millimizin hücumçusu Mahir Emrelinin komandası "Legiya" bu gün növbəti oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Varşava təmsilçisi Polşa çempionatının 8-ci turunda "Qurnik"i qəbul edib. Görüş "Legiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.
"Legiya" bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Mahir Emrelinin klubu cərimələndi - Azarkeşlərə görə
"Legiya"da nələr olur? - Mahir oynadı
"Legiya" təhlükə zonasında - Mahir Emreli də kömək etmir
Mahirdən "Legiya"da növbəti qol - Yoxlama görüşü
Mahir qol vursa da, "Legiya" uduzdu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası