Meza Kolli tarix yazdı -Azərbaycan Premyer Liqası
Sezar Meza Kolli “Neftçi”nin heyətində Premyer Liqada ilk qolunu vurub.
Sportfm.az xəbər verir ki, paraqvaylı IV turun “Keşlə” ilə görüşündə (3:0) fərqlənib. O, çempionatda 3-cü klubda qol sevinci yaşayıb. Sezar bunadək “Keşlə” və “Zirə”də də rəqib qapısına yol tapıb.
Meza Kolli Premyer Liqa tarixində 3 və ya daha çox klubda qol vuran 10-cu cənubi amerikalı olub. Bu göstəricidə rekord Leonardo Roşaya məxsusdur. Braziliyalı 4 klubda – “Standard”, “Keşlə”, “Bakı” və “Qarabağ”da qol vurub.
Braziliyalılar Denis Silva, Junivan Suares, Junior Osvaldo, Junior Nildo, Mario Souza, onların Azərbaycan millisində oynamış həmyerliləri Fabio Luis Ramim, Leandro Qomeş, həmçinin uruqvaylı Anxel Qutyerres də Sezar kimi üç müxtəlif klubun heyətində qol sevinci yaşayıb.
Oxşar xəbərlər
"Neftçi" Sezar Meza Kolli ilə yolları ayırdı
Sezar 100-ə çatdı - Azərbaycan Kuboku
Sezar 100-ə çatdı - Premyer Liqa
"Keşlə"nın sabiq oyunçusu Rumıniya klubunda - Müqavilə
Sezar Meza Kolli Rumıniyaya yollanır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
“Qarabağ” “Zirə”yə qarşı - Yoxlama oyunu
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu













Misli Premyer Liqası