reklam
Azərbaycan yığması heç-heçə ilə başladı -
Sportfm.az xəbər saytı

Azərbaycan yığması heç-heçə ilə başladı -Dünya çempionatı


Azərbaycanın qadın şahmatçılardan ibarət yığması İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ilk görüşündə Hindistanla qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. İlk turda Z.Məmmədyarova istirahət edib.

Qeyd edək ki, Azərbaycan yığması II turda Ermənistanla üz-üzə gələcək.

Dünya çempionatı

A qrupu

I tur

Azərbaycan - Hindistan - 2:2

Günay Məmmədzadə - Xarika Dronavali - 0:1

Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1

Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0

Türkan Məmmədyarova - Bxati Kulkarni - 1:0

Oxşar xəbərlər

Millimiz ispanları devirdi, 1/4 final mərhələsinə vəsiqə qazandı - Dünya çempionatı
Rusiya və Fransa bizdən üstün oldu - Dünya çempionatı
Azərbaycan millisi Ermənistana qarşı - Dünya çempionatı
Şahmatçılarımızın ilk rəqibləri məlum oldu - Dünya Kuboku
Şahmatçılarımız növbəti qələbəsini qazandı - Olimpiadada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər