reklam
UEFA-dan Cüneyt Çakıra ağır cəza
Sportfm.az xəbər saytı

UEFA-dan Cüneyt Çakıra ağır cəza


UEFA türkiyəli FIFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.

Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, səbəb onların İtaliyada "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının qrup oyununda səhvə yol vermələridir.

Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirindən kənarlaşdırmağı qərara alıb. 

Qeyd edək ki, Cüneyt Çakır "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində "Milan"ın futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen həmin qarşılaşamada VAR hakimi olub.

Oxşar xəbərlər

UEFA və FİFA-dan Cüneyt Çakır reaksiyası - AÇIQLAMA
Çakırın qərarı azarkeşlərin qəzəbinə səbəb oldu - Çempionlar Liqası
Cüneyt Çakır DÇ-2022-nin oyununda
Cüneyt Çakıra önəmli təyinat - UEFA-dan
Cüneyt Çakıra növbəti etimad: Super Kubok oyununun baş hakimi olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər