reklam
Sportfm.az xəbər saytı

"Azərbaycan çempionatında üstünlüyü legionerlərə verirlər" -De Byazi


Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İrlandiya mətbuatına danışıb. 

Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis öncə Dublindəki görüşdən danışıb:
“Dublində çox yaxşı oyun oynadıq. Xüsusilə də ilk yarıda. İkinci hissədə daha çətin idi. Ona görə də evə 3 xalla qayıda bilmədik. Qələbə bizim üçün əla nəticə olardı. İrlandiyanın vurduğu qolda daha yaxşı oynaya bilərdik. Hər halda matçın ədalətli nəticəsinin heç-heçə olduğunu düşünürəm. İrlandiya oyuna qapıçıdan başlayan, dərin futbol oynayan komandadı. Həm texniki, həm də fiziki planda yaxşıdılar. Sadəcə balans tapa bilməyiblər. Həm də dərhal nəticə istəmək reallıqla uyğun gəlmir. Oyun stilini dəyişib, yeni futbolçular yığmaq zaman aparır. Millidə futbolçularla işləmək vaxtınız da az olur”.
İtaliyalı mütəxəssis baş məşqçiyə vaxt verilməli olduğundan danışarkən, AVRO-2016-nın final mərhələsinə çıxardığı Albaniya millisindəki uğurundan da söz açıb: “2011-ci ildə milliyə gələndə, komanda FİFA reytinqində 83-cü pillədə idi. 2015-ci ildə isə İtaliyadan 6 pillə geridə, 22-ci pilləyə yüksəlmişdik. Yeni oyunçularla layihəhə başladım. Çünki həmin vaxtı heyət yaşlı idi. DÇ-2014-cü ilin seçmə mərhələ oyunlarında bir neçə dəyişikliklər etdik, gedişatları həyata keçirdik, həmin mərhələni 6 komanda arasında 5-ci başa vurduq. Növbəti tsikldə isə 2-ci pilləni tuta bildik. Halbuki qrupda Portuqaliya, Danimarka, Serbiya kimi yığmalar var idi. Həqiqətən də möhtəşəm nəticə əldə etmişdik. Əslində 10 il əvvəl futbolla vidalaşmaq istəyirdim. Düşünürəm ki, əgər baş məşqçi komandanın qurulmasında iştirak etmirsə, heç bir mənası yoxdu işləməyin. Ancaq həyatda heç vaxt “heç vaxt” demə. Qayıtmaq imkanın varsa, qayıt, İtaliya olmasa da olar. Əsas odur ki, ciddi layihə olsun. Albaniya bir növ fürsət idi. Öz işimi necə etməli olduğumu bildiyimi sübut etmək istəyirdim. Həm də məni İtaliya futbolundan erkən və asanlıqla silənlər üçün bunu etmək istəyirdim. Vətənimdə liqada uğur qazanmışdım, 3 və 4-cü divizionlardan nəticələr qazanmışdım, dəfələrlə klubları A seriyasına yüksəltmişdim. Yüksək liqada qalmaq istəyən komandalarla bunu bacarmışam. Ölkənin böyük klublarında işləmək imkanım nəyə görə olmayıb, bilmirəm. Yəqin ki, heç vaxt agentim olmadığına görədi. Özümü azad ruhlu insan hesab edirəm, hər zaman öz işimlə məşğulam, hansısa klanın hissəsi olmağa ehtiyac duymuram”.
Təcrübəli mütəxəssis Azərbaycan milli komandasına təyinatı barədə də danışıb: “Azərbaycanı seçdim. Çünki Albaniyada yaşadığım bənzər vəziyyəti yenidən ayratmaq istədim. Məqsəd uzun müddət oynayacaq komanda qurmaqdı. Yüksək keyfiyyətli infrastruktura və inkişaf etmək arzusuna malik, yaxşı təşkil edilmiş futbol federasiyası tapdım. Məhz bu məsələ bura gəlməyimə və özümü işimə 110 faiz özümü işə verməyimə səbəbdi. Bakı Xəzər sahilində yerləşən gözəl şəhərdi, buradakı həyatım da gözəldi. Gözəl şəkildə qorunub-saxlanılan və UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş tarixi İçərişəhəri olan paytaxtdı. Liqanın bütün matçları demək olar, Bakıda keçirilir. Yalnız 2 klub paytaxtdan fərqli yerlərdədi. Azərbaycan liqası İrlandiya çempionatından daha yüksək sıradadı. “Qarabağ” avrokuboklarda çıxış edir. Millinin baş məşqçisi üçün ən böyük maneə çempionatın tərkibi ilə bağlıdı. Azərbaycan çempionatında cəmi 8 klub var və onların çoxu da daha çox legionerlərə güvənir. Futbolçu seçimi çətindi. Son vaxtlar bəzi oyunçular xaricə yollanmağa başlayıb. Bu baxımdan, daha çox oyunçunun xaricə yollanacaq və orada daha çox təcrübə qazanmaq şansı qazanacaq”.
​İtaliyalı məşqçi millinin qrupda qalan matçlarındakı məqsədlərindən də söz açıb: “Qarşıdakı oyunlarda xallar toplamaq istəyirik. Asan olmayacaq, çünki kağız üzərində güclü rəqiblərimiz var. Futbolda belə şeylərə baxmırlar. Kim daha çox qələbəni istəyir, kim daha qətiyyətli və yaxşı təşkilatlanmış oynayır, mümkünsüz heç nə olmur. İnanıram ki, Azərbaycan inkişaf edərək, daha maraqlı və daha yaxşı gələcəyə sahib ola bilər. Başlanğıcda böyük xəyallarımız və planlarımız var. Daha sonra siz reallıqla ayaqlaşmalısınız. İndi çox çətin qrupda yer almışıq. Portuqaliya və Serbiya kimi rəqiblərlə oynayırıq. Hansı ki, Portuqaliya və Serbiya bizdən də yüksək texnikaya malikdilər. İrlandiya millisində İngiltərə Premyer Liqasında oynayanlar var. Lüksemburq isə 12 ildir ki, eyni məşqçi ilə layihəni həyata keçirir”.

Oxşar xəbərlər

De Byazi: "Emin Mahmudovla aramızda problem olub"
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
"Mən sehrbaz deyiləm, baş məşqçiyəm" - Canni De Byazi
"Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq" - Canni De Byazi
"Qrupda şansımız ola bilər" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər