reklam
Futbolçularımız karantində qaldı -
Sportfm.az xəbər saytı

Futbolçularımız karantində qaldı -texniki məğlubiyyət veriləcək


Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək.

Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu addım yığmanın heyətində 3 futbolçunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxması ilə bağlı atılıb.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, milli assosiasiyanın Texniki departamentinin verdiyi rəy, komandanın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, qarşılıqlı razılaşma əsasında komandanın seçmə mərhələdə çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən milliyə Norveç, Belçika və və Lüksemburqla oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

Qeyd edək ki, hazırda Belçikada olan Azərbaycan millisinin koronavirusa yoluxmuş üzvləri yerli ölkənin daxili qanunları nəzərə alınaraq, qaldıqları oteldə karantin rejimindədir.

Oxşar xəbərlər

Azərbaycan millisinin daha bir oyunu təxirə salındı - Koronavirusa görə
AFFA UEFA ilə danışıqlar aparır - Millinin oyununa görə
Azərbaycan – Norveç oyunu təxirə salındı - Qeyri-müəyyən müddətə
Yığmamızda koronavirus şoku - Üç futbolçuda yoluxma
"Qəbələ" avrokuboklarda mübarizə aparacaq - Dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər