Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Serbiya - Azərbaycan oyununun hakimləri məlum oldu -DÇ-2022
Serbiya və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sportfm.az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib.
Baş hakim Erik Lambrextsə Rien Vanizer və Jo De Vayrdt yan xətt, Natan Verboomen dördüncü hakim, Laurens Visser VAR hakimi, Conatan Lando VAR hakiminin köməkçisi qismində yardımçı olacaq.
Danimarkalı Yorn Vest Larsen hakim-inspektor, rumıniyalı Feliks Qriqore FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 12-də Belqraddakı Rayko Mitiç ("Marakana") stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
“Frayburq” – “Qarabağ” matçının hakimləri - Avropa Liqası
Barbaş millimizin matçında - Təyinat
"Qarabağ" - "Bazel" oyunu belçikalı hakimlərə tapşırıldı - Konfrans Liqası
"Sivasspor" - "Qarabağ" oyunu portuqaliyalı hakimlərə tapşırıldı
Uels - Azərbaycan matçının hakimləri bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası