Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millidən kənarda qalan Aqil:"Müəyyən çatışmazlıqlar var..."
“Neftçi”nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Sportfm.az xəbər verir ki, o, klubun rəsmi televiziyasına açıqlamasında bunları söyləyib:
“Oktyabrın 9-da "Qəbələ" ilə yoxlama matçında yaxşı oynadıq. Müəyyən çatışmazlıqlar var idi və baş məşqçi onları gördü. Milli komandalardakı futbolçular kollektivə qoşulduqdan sonra qarşıdakı görüşə tam heyətlə hazırlaşacağıq".
Məmmədov bütün oyunların komandası üçün çətin keçdiyini bildirib: "Sumqayıt"la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var. Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".
Təcrübəli oyunçunun fikrincə, komandanın digər qapıçıları Kamran İbrahimov və Rza Cəfərov məşqçilər şans verdikcə meydana çıxırlar. "İbrahimov özünü yaxşı tərəfdən göstərib", - deyən Məmmədov ikinci komandadan cəlb olunmuş Rza Cəfərovun gənc qapıçı olmasına rəğmən, yavaş-yavaş yetişdiyini və 2-3 ilə tam formalaşaraq "Neftçi"yə layiq qapıçı olacağını vurğulayıb.
Oktyabrın 17-də Sumqayıtda keçiriləcək “Sumqayıt” - "Neftçi" matçına saat 16:30-da start veriləcək.
Oxşar xəbərlər
“Biz buna imkan vermərik" - Samir Abasov
"Komanda yoldaşlarıma təşəkkür edirəm" - “Neftçi”nin futbolçusu
"Səlahət Ağayevə və Aqil Məmmədova güvənirəm" - Füzuli Məmmədov
Azərbaycan Premyer Liqası: 25-ci turu buraxacaq 12 cəzalı
Ayxan Abbasov:"Səhvləri yavaş-yavaş azaldırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası