reklam
Sportfm.az xəbər saytı

"Neftçi" hazırlaşır -FOTO


“Neftçi” Premyer Liqada I dövrənin son oyununa hazırlığını davam etdirir.

Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə yoxlama matçının (1:1) ertəsi bərpa məşqi edən komanda birgünlük fasilədən sonra - oktyabrın 12-də hazırlığa başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində milli komandaların düşərgəsinə yollanmışlardan başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, oktyabrın 17-də "Kapital Bank Arena"da keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 16:30-da başlayacaq.

 

Oxşar xəbərlər

"Qarabağ"la oyunun hazırlığına start verildi - FOTO
"Neftçi" Şamaxı səfərinə doğru
"Neftçi" oyuna hazırdı! Hazırdı? -
"Neftçi" son məşqinə çıxdı - oyuna hazırdı
“Neftçi” bir itki ilə hazırlaşır - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər