Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Məni Maradona ilə tanış edəndə cəmi 16 yaşım var idi" -Kubalı xanım
Bu günlərdə Mavis Alvares adlı kubalı xanımın Dieqo Maradona ilə birlikdə 2000-ci ildə yataqda çəkdirdiyi şəkillər üzə çıxıb.
O vaxt bu xanımın 16, Maradonanın 40 yaşı var idi. Hazırda 37 yaşı olan Alvares həmin dönəm barədə danışaraq ötən ilin noyabrında dünyasını dəyişən futbol əfsanəsi barədə ciddi ittihamlar səsləndirib:
"Maradona həmin vaxt narkotik maddələrdən asılılıqdan qurtulmaq üçün Kubaya gəlmişdi. Məni onunla tanış edəndə cəmi 16 yaşım var idi. Maradonanın otağına yollanarkən həyatımda ilk dəfə otelə ayaq basmışdım. Onunla birlikdə olduğum dönəmdəki həyatım çox çılğın şəkildə keçmişdi. Hər gün partilər, gecə klubları… O vaxt ölkədən kənara çıxış qadağan idi. Amma Fidel Kastro Maradona sayəsində mənim ölkəni tərk etməyimə icazə verdi. Onun yubileyində iştirak etdim. Başqa bir vaxt da Argentinaya estetik əməliyyat üçün yollanmışdım. Maradona məni sinəmi böyütməyə məcbur etdi. Əslində Maradona ilə birlikdə ora cəmi 20 günlüyə yollanmışdım. Amma 2-3 ay onun yanında qalmalı oldum. Bu müddətdə məni zorla otaqda saxlayıb narkotik maddələrə alışdırdı. Nə üçün 21 il bu olay haqda susmuşdum? Çünki həm Fidel Kastro, həm də Maradonadan qorxurdum. Danışmaq üçün onların ikisinin də ölməsini gözlədim''. (futbol-plus.az)


Oxşar xəbərlər
Maradonanın “qızıl top”u satışa çıxarılır
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Maradona etiraf etdi: "Narkotik maddələrdən istifadə edirəm"
Maradona qızlarını məhkəməyə verib
Dünya futbolunun canlı əfsanəsi:”Fidel Kastro mənə ata əvəzi idi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası