reklam
Qətərlə oyunun məkanı və vaxtı müəyyənləşdi
Sportfm.az xəbər saytı

Qətərlə oyunun məkanı və vaxtı müəyyənləşdi


Azərbaycan millisinin Qətərlə keçirəcəyi yoldaşlıq görüşünün məkanı və vaxtı müəyyənləşib. Apasport.az saytı Qətər Futbol Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, martın 9-da baş tutacaq qarşılaşma Doha şəhərində, 12 min 946 tamaşaçı tutumuna malik "Jassim Ben Hamad” stadionunda oynanılacaq.
 
Görüş Bakı vaxtı ilə 20:00-da (yerli vaxtla 19:00) start götürəcək. Bu oyun Qətər yığması üçün DÇ-2018-in seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Belə ki, qətərlilər martın 23-də İran, 28-də isə Özbəkistanla üz-üzə gələcəklər.
 
Qeyd edək ki, Azərbaycan millisi isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını martın 26-da Bakıda Almaniyaya qarşı keçirəcək. 

Oxşar xəbərlər

Qətər-Azərbaycan oyununun yeri dəyişdirildi - Dünya çempionatı
Yığmamızın Makedoniya ilə matçının vaxtı dəyişdirildi
Qətərlə oyunun vaxtı məlum oldu
Yığmamız Qətərlə qarşılaşacaq
"Qarabağ" çexlərə qarşı ilk matçını nə vaxt keçirəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər