Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" - "Kayrat" oyunu ukraynalı hakimə həvalə edildi -Konfrans Liqası
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Qazaxıstan "Kayrat"ı arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
Sportfm.az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.
Moldovalı Vladimir Antonov hakim-inspektor, litvalı Maksimas Beçtereva UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" qarşılaşması saat 20:45-də başlanacaq.
Oxşar xəbərlər
"Kayrat" - "Qarabağ" oyununun hakimləri - Konfrans Liqası
"Qarabağ" - "Kayrat" oyununa 13 mindən çox bilet satıldı - Konfrans Liqası
"Kayrat" Bakıya yola düşdü - Konfrans Liqası
"Vilyarreal" - "Qarabağ" matçı ukraynalı hakimlərə tapşırıldı - Avropa Liqası
"Qarabağ" - "Sevilya": hakimlər açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası