reklam
Olimpiya Oyunlarına gedəcək idmançılar 21 gün karantində qalacaq -
Sportfm.az xəbər saytı

Olimpiya Oyunlarına gedəcək idmançılar 21 gün karantində qalacaq -Pekin-2022


2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya Oyunlarına gedəcək idmançılar ölkəyə daxil olmadan ən azı 14 gün əvvəl yeni koronavirus infeksiyasına qarşı tam vaksinasiya olmalıdırlar. Əks halda idmançılar 21 gün karantində qalmalı olacaqlar.

Sportfm.az xəbər verir ki, müvafiq tələb Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında dərc edilmiş Pekində sanitar qaydalarının ilkin variantında göstərilib.

Oyunların iştirakçıları öncə ölkələrində, daha sonra Pekin hava limanında koronavirus testi verəcəklər. Bundan başqa hər gün idmançılar və nümayəndə heyətlərinin üzvlərindən analiz nümunələri götürüləcək.

Olimpiadaya yola düşməzdən 14 gün əvvəl sağlamlığınızın izlənilməsi üçün nəzərdə tutulan “My 2022” tətbiqini yükləməlidir.

Oxşar xəbərlər

Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verildi - Pekin-2022
Xarici azarkeşlərə qadağa - Olimpiya Oyunlarına buraxılmayacaqlar
Azərbaycan idmançılarına peyvənd vurulacaq - Tokio-2020
Olimpiya Oyunlarının məşəli təqdim olundu - “Pekin-2022”
Qış olimpiadası təsirə məruz qalmayacaq - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər