Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azarkeşlərin yerinə pankart olacaq -Almaniya klubuna ağır cəza
UEFA Almaniyanın "Union Berlin" klubunu cəzalandırıb.
Sportfm.az xəbər verir ki, buna İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda baş verənlər səbəb olub.
Berlin təmsilçisinin fanatları rəqib azarkeşlərə qarşı irqçi ifadələr işlədib.
Avropa futbol qurumunun qərarına əsasən, Almaniya klubunun növbəti ev oyununda tribunalar qismən qapadılacaq. Stadionun 13 və 14-cü sektorları bağlanacaq və burada UEFAnın loqosu olan "No Racism" pankartı yerləşdirəcək.
Qeyd edək ki, qarşılaşma "Union Berlin"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda IV turda Niderland "Feyenoord"unu qəbul edəcək.
Oxşar xəbərlər
“Qalatasaray” "Bavariya"ya qarşı - Çempionlar Liqası
1/8 final və pley-off mərhələsinin növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası
1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək - Konfrans Liqası
Yenə irqçi ifadələr, yenə Almaniya - Cəza
Qrup mərhələsində II turun oyunları - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası