5 yunan-Roma güləşçimiz məğlub oldu -Dünya çempionatı
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürüb.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb.
Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən İran təmsilçisi Poya Dad Marza uduzub.
63 kq-dakı Həsən Məmmədli 1/8 final mərhələsində moldovalı Korneliu Rusuya yenilib. Qurban Qurbanov (77 kq) ilk mərhələdə Bolqarıstan idmançısı Zlatomir Emilova vaxtından əvvəl qalib gəlsə də, 1/8 finalda məğlubiyyətlə üzləşib.
Məhəmməd Əhmədiyev (87 kq) debütdə yerli güləşçi Mario Vukoviçə məğlub olub. Sərxan Məmmədov (130 kq) isə ilk görüşdə Çilidən olan Dieqo Almendrasa "tuşe" ilə qalib gəlib. Lakin 1/4 finalda Macarıstan təmsilçisi Dariuş Vitekə uduzub.
Azərbaycan təmsilçilərinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar.
55 kq
1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1*
63 kq
1/8 final: Həsən Məmmədli - Korneliu Rusu (Moldova) 3:5
77 kq
1/16 final: Qurban Qurbanov - Zlatomir Emilov (Bolqarıstan) 9:0
1/8 final: Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan) 1:5
87 kq
1/16 final: Məhəmməd Əhmədiyev - Mario Vukoviç (Serbiya) 3:8
130 kq
1/8 final: Sərxan Məmmədov - Dieqo Almendras (Çili) 4:0 (tuşe)
1/4 final: Sərxan Məmmədov - Dariuş Vitek (Macarıstan) 1:4
Oxşar xəbərlər
Yunan-Roma güləşçilərimizin ilk rəqibləri məlum oldu - Avropa çempionatı
Azərbaycanın güləşçiləri finalda - Avropa çempionatı
Millimiz Serbiyaya yola düşdü - Dünya çempionatı
Yunan-Roma güləşçilərimizin ilk rəqibləri - Dünya çempionatı
Sərxan Məmmədov Zaqrebdə gümüş medala yiyələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı















Misli Premyer Liqası