Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rəşad Nəbiyev Cüdo Federasiyasının prezidenti seçildi -FOTO
Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Növbədənkənar seçkidə federasiya rəhbərliyi dəyişib. Rövnəq Abdullayevi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib.
Tədbirdə Rövnəq Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rəşad Nəbiyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak edib
Qeyd edək ki, Rövnəq Abdullayev 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının rəhbəri olub. (report)
Oxşar xəbərlər
Cüdo Federasiyasında yeni təyinat
Cüdo Federasiyasının ünvanı dəyişdi
Milli Məclisin deputatı federasiya prezidenti seçildi
Rövnəq Abdullayev gedir - Təcili toplantı
Təhsil naziri federasiya prezidenti seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası